Search
BOB plastik kart

“Bank of Baku”-nun bütün plastik kart sahibləri üçün

Artıq “Bank of Baku”-nun bütün plastik kart sahibləri ödənişlərini www.e-pul.az saytı vasitəsilə həyata keçirə bilərlər. Bankın bütün kart müştəriləri bu sayt vasitəsilə banka aid kredit ödənişini, kommunal, mobil rabitə,TV,internet, telefon haqqını və digər ödəmələri birbaşa evdən və ya iş yerindən rahat edə bilərlər. Artıq banka getməyə və yaxud ödəniş terminalları axtarmağa ehtiyac yoxdur.

www.e-pul.az vasitəsilə ödəmə öz təhlükəsizliyi, rahatlığı və çevikliyi ilə seçilir. Saytda qeydiyyat üçün yalnız telefon nömrəsi və şifrə tələb olunur. Saytın “Bankçılıq” bölməsinə daxil olaraq “Bank of Baku” və Bolkart müştəriləri cari kredit borcları üzrə ödəmələrini rahat həyata keçirə bilərlər. Qeyd edək ki, bu ödənişlər istənilən bankın plastik kartı vasitəsi ilə həyata keçirilə bilər.

www.e-pul.az – elektron ödəmə sistemidir və ödənişlər kompyuter, planşet və smartfonlar vasitəsi ilə həyata keçirilə bilər. Bütün ödəmələr real vaxt rejimində həyata keçirilir və dərhal hesablara oturur.

Daha ətraflı məlumat:

145 Məlumat Mərkəzi

www.facebook.com/bankofbaku




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir