Search
POS Terminal

Azərbaycan üzrə quraşdırılmış POS-terminalların sayı 42 790 ədəddir.

Azərbaycan ərazisində quraşdırılmış bankomatların ümumi sayı 2014-ci il mayın 1-nə 2 479 ədəd olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 148 ədəd və ya 6,35% çoxdur.

 Azərbaycan Mərkəzi Bankından verilən  məlumata görə, cari ilin mayın 1-nə bankomatların 1 395-i Bakı şəhərində, 1 084-ü isə digər şəhər və rayonlarda yerləşir.

 Mayın 1-nə Azərbaycan üzrə quraşdırılmış POS-terminalların sayı 42 790 ədəd olub ki, bunun 32 613-ü Bakı şəhərində, 10 177-i isə regionlarda yerləşir.

 Mərkəzi Bankın məlumatına görə, martın 1-nə ölkə üzrə dövriyyədə olan ödəniş plastik kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 12,11% artaraq 5 908 minə çatıb.

 Bankomatlar və POS-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 836 min ədəd olub.






Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir