Search
stock_birja

“Bank Avrasiya” səhmlərinin nominalını 30 faizdən çox artırıb

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Bank Avrasiya” ASC-nin ümumi dəyəri 40 milyon manat olan adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Emissiya çərçivəsində səhmlərin nominal qiyməti 33 faiz artaraq 2 min manata çatdırılıb.

2 min manat nominalında ümumi sayı 20 min olan səhmdən ibarət emissiya prospektinin yerləşdirilməsi hər birinin nominal dəyəri 1,5 min manat olan eyni miqdarda səhmə konvertasiya yolu ilə aparılacaq.

Nəticədə “Bank Avrasiya”nın nizamnamə kapitalı indiki 30 milyon manatdan 40 milyon manatadək artacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir