Search
imza_podpis_300915

Azərbaycan şirkəti çoxmilyonluq kredit sazişini imzaladı

“Azərişıq” ASC və Asiya İnkişaf Bankı (AİB) kredit sazişi imzalayıb.

Bu barədə  AİB-in Bakı ofisindən deyiblər.

Saziş Azərbaycanda elektrik enerjisi paylayıcı sisteminin yaxşılaşdırılması üçün ASC-yə kreditin ilk tranşının verilməsini nəzərdə tutur.

Sazişi iyulun 22-də “Azərişıq” ASC-nin sədri Baba Rzayev və AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Manapbekov imzalayıblar.

5 illik güzəştli müddət olmaqla 25 il müddətinə verilən birinci tranşın məbləği 250 milyon dollardır.

Trend




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir