Search
ramana_rezidens1_9889337

“Qənaətli ipoteka” başladı

“Bakıxanov Rezidens” yaşayış komplekslərinin tikintisini həyata keçirən “21-ci Əsr” tikinti şirkəti əmlak bazarında yeni şərtlərini irəli sürüb.

Mənzil alışı zamanı ödənilən ilkin ödəniş artdıqca alıcı mənzilin hər kavdrat metrinə görə daha az ödəyir.

“Qənaətli ipoteka” adlanan yeni kampaniyanın şərtlərinə görə, ilkin ödənişi 20% ödəyənlərə mənzilin hər kvadrat metrinin qiymətində 40 manat, 25% ödəyənlərə 50 manat, 30% ödəyənlərə 70 manat endirim olunur.

Şirkətdən bildirilib ki, ilk baxışdan adi endirim kimi görsənməsinə baxmayaraq, ipotekanın məbləğini hesabladıqda (misal üçün, 100 kvadrat metrlik mənzil, bir kvadrat metrin qiyməti 1100 AZN, ipoteka müddəti 20 il), alıcı ümumi məbləğdən böyük qənaət etmiş olur. İlkin ödənişi 20% edildiyi təqdirdə, ödəniləcək ümumi məbləğdə 8244 manat, 25% ödəniş etdikdə  9972 manat, 30% ödəynildiyi halda isə 13498 manat qənaət etmək mümkündür.

Məlumat üçün bildirək ki, hazırda “21-ci Əsr” şirkəti “Bakıxanov Rezidens 1”, “Bakıxanov Rezidens 2”, “Bakıxanov Rezidens 3” və “Ramana Rezidens” yaşayış komplekslərinin tikintisini həyata keçirir.

“Bakıxanov Rezidens”  1 və 2 kompleksləri Bakıxanov qəsəbəsinin rahat hissəsində, “Aygun City” ticarət mərkəzinin yaxınlığında (“Bakıxanov Rezidens 1”  S.Qocayev 152, “Bakıxanov Rezidens 2” E.Xəlilov 1), “Bakıxanov Rezidens 3” isə Ə.Ağayev 39 ünvanında (80 nömrəli məktəbin yaxınlığında) yerləşir.

“21-ci əsr” şirkətindən verilən məlumata görə, “Bakıxanov Rezidens 1”də bir neçə mənzil qalıb. “Bakıxanov Rezidens 2” və “Bakıxanov Rezidens 3” də artıq satışdadır.

“Bakıxanov Rezidens 1” hazır olduğundan mənzillərin 1 m2-i nağd qiymətə 1080 manata, ipoteka ilə 1200 manatdan satılır.

“Bakıxanov Rezidens 2” və “Bakıxanov Rezidens 3”  yaşayış komplekslərində mənzillərin 1 kv. m sahəsinin nağd qiyməti 1000 manat, ipoteka ilə 1100 manat təşkil edir. Mənzillər 10 faiz ilkin ödənişlə 20 illik ipoteka ilə də təklif olunur.

“Bakıxanov Rezidens 3” yalnız 2 və 3 otaqlı mənzillərdən ibarətdir. Bir otaqlı mənzil istəyənlərə, “Bakıxanov Rezidens 2”də olan bir otaqli mənzillər təklif olunur.

“Bakıxanov Rezidens 2” yaşayış kompleksində olan 1 otaqlı mənzillərin minimal sahəsi 47.82 kv.m təşkil edir.

“Bakıxanov Rezidens 3” yaşayış kompleksində olan 2 otaqlı mənzilin minimal sahəsi 63.16 kv.m təşkil edir.

Bunlardan başqa, “21-ci əsr” şirkəti Ramana qəsəbəsində “Ramana Rezidens 1” yaşayış kompleksinin tikintisinə başlayıb. “Ramana Rezidens 1” yaşayış kompleksində də mənzillər 20 illik ipoteka ilə təklif olunur.

Əlaqə:

Tel: 050 292 11 11

www.rezidens.az 

https://www.facebook.com/XXIESR

Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir