Search
505848

“Azərişıq” üçün 1 milyard dollarlıq layihə

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın şəbəkə operatoru “Azərişıq” ASC üçün 1 milyard dollarlıq layihə – “Azərbaycanda elektrik enerjisinin distribusiyasının gücləndirilməsinin investisiya proqramı” multitranş proqramına (MFF) baxılmasına qayıtmışdır. Bankın veb-saytının məlumatına görə, MFF təklif kimi qalır və AİB-in Direktorlar şurasında proqramın nəzərdən keçirilməsi mayın 27-nə planlaşdırılıb (əvvəl aprelin 20-nə planlaşdırılmışdı).

Məlumatda deyilir: “Proqramın birinci tranşının nəzərdən keçirilməsi 2016-cı il aprelin 27-dən iyunun 3-nə keçirilmişdir”.

Proqram üç bərabər tranşla maliyyələşdirilməlidir və şərti olaraq Aran, Bakı, Cənub, Qərb, Mərkəzi Aran, Şimal və Şimal-Qərb kimi 7 regional elektrik paylaşdırıcı şəbəkəyə yönəldilmişdir. Proqram üzrə vəsaitlər tranşlar üzrə, hər birində 250 mln. dollar məbləğində ayrılmalıdır (Cəmi 750 milyon dollar). Azərbaycanın ümumi payı 250 mln. dollar qiymətləndirilir ki, bu da ümumi maliyyələşdirməni 1 mlrd. dollar artıracaq.

Xatırladaq ki, keçən ilin May ayında Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik Toplantısı çərçivəsində Azərbaycan Respublikası hökuməti ilə AİB arasında elektrik enerjisinin paylanmasının inkişafına dair təklif olunan İnvestisiya Proqramı üzrə kreditin ayrılmasına dair ilkin niyyət protokolu imzalanmışdı.

Sənəd respublika ərazisində elektrik enerjisi təminatının daha da yaxşılaşdırılması, eləcə də enerji paylanmasının təkmilləşdirilməsi məqsədilə “Azərişıq” ASC-yə 750 mln. ABŞ dolları məbləğində çoxtranşlı maliyyələşmə mexanizmi çərçivəsində kreditin verilməsini nəzərdə tutur. Layihənin ümumi dəyəri 1 milyard dollardır. Qalan 250 milyon dollar Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcəkdir.

Mənbə:Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir