Search
adb

Asiya İnkişaf Bankı ilə əməkdaşlıq bizə nə verib

Asiya İnkişaf Bankı (AİB) ilə əməkdaşlığa başlandığı tarixdən (1999-cu il) bu günə qədər Azərbaycan və AİB arasında 15 kredit sazişi imzalanıb.

Bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Kredit sazişlərinə əsasən AİB avtomobil yollarının tikintisi, kiçik şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, meliorasiya və selə qarşı tədbirlər sahələrini əhatə edən 11 layihə üzrə bilavasitə Azərbaycan hökumətinə verilən və dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən ümumi məbləği 1 mlrd. 613,3 mln. ABŞ dolları məbləğində kredit ayırıb.

Məlumata əsasən, 4 layihənin icrası başa çatıb, 7 layihənin icrası davam etdirilir. İcrası başa çatan layihələr üzrə istifadə edilmiş kreditin ümumi məbləği 152,5 mln. ABŞ dolları, hazırda icra edilən layihələrin maliyyələşdirilməsi üçün ayrılan kreditin ümumi məbləği isə 1 mlrd. 460,8 mln. dollar təşkil edir.

Bankla imzalanan kredit sazişləri üzrə 2016-cı il 1 yanvar tarixinə istifadə edilən vəsaitin ümumi məbləği 784,3 mln. dollar olub. Bu isə bank tərəfindən ayrılan kreditlərin ümumi məbləğinin 48,6%-nə bərabərdir.

2015-ci il ərzində 188,1 mln. dollar məbləğində kredit vəsaiti istifadə edilib.

İstifadə edilmiş ümumi kreditlər üzrə 2016-cı il 1 yanvar tarixinədək banka qaytarılan əsas borcun ümumi məbləği 41,2 mln. dollar təşkil edir.

Mənbə: APa




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir