Search
112

“AtaSığorta”- nın ötən ay üçün hesabatı

“AtaSığorta” şirkəti fevral ayının nəticələrini açıqlayıb. Ötən ay ümumi sığorta yığımların həcmi 444 273 manat olub. Yığımların 67,6%-i avtomobillərin icbari sığortasının, 24,5%-i əmlak sığortasının, qalan 7,9 %-i isə kasko, tibbi, fərdi qəza, səyahət, mülki məsuliyyət və digər sığorta növlərinin payına düşüb. Sığorta şirkəti topladığı sığorta haqqlarının 76,2 %-ni ödəniş olaraq müştərilərinə geri qaytarıb. Belə ki, bir ayda ümumi ödənişlərin həcmi 1249 sığorta hadisəsi üzrə 338 615 manat olub.

“AtaSığorta” sığorta ödənişlərinin 50,1 %-ni qəzaya uğrayan avtomobillərin təmir xərcinə görə verib. Avtomobilllərin icbari sığortası üzrə 120 qəzaya görə 136 922 manat, avtomobilin könüllü sığortasına görə 47 hadisə üzrə 85 997 manat ödəniş edilib. Bir avtomobilin təmiri 1 334 manat oub.

Sığorta şirkəti tibbi sığorta üzrə 1079 müştərinin müalicəsinə 81 800 manat pul xərcləyib. Bundan əlavə, fərdi qəza sığortası üzrə 32 min manat, səfər sığortası üzrə 1494 manat, daşınmaz əmlakın icbari sığortası üzrə bir hadisəyə görə 400 manat ödəniş edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir