Search
Caspian_Development_Bank201(1) (1)

“Caspian Development Bank” regionlarda yeni filial açır

Yaxın günlərdə “Caspian Development Bank”ın Azərbaycanın regionlarında 2 yeni filialı açılacaq. Bu barədə bankın İdarə Heyətinin sədri Nadir Yıldırım bildirib.

“Hazırki baş ofislə yanaşı paytaxtda “Qarant” filialımız, “Buta” şöbəmiz, Gəncədə “Çinar” şöbəmiz fəaliyyət göstərir, Bərdə və Qubadakı filiallarımızın açılışına isə sayılı günlər qalır. Biz filial şəbəkəmizin genişləndirilməsi üzrə strategiyamıza da birmənalı yanaşmırıq. Sadəcə şəbəkə yaratmaq xatirinə filial açmaq məqsədimizə uyğun deyil. Hələki,  regionlarımızı araşdırırıq. O iqtisadi rayonda ki, əhalinin bank məhsullarına çıxışı nisbətən məhduddur, orada mütləq filial və ya şöbəmizi açacağıq” – deyə bank rəhbəri qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir