Search
manatdollar

Bankların əmanət və kredit portfelində də azalma baş verib

Bu ilin yanvar ayının yekununa görə, Azərbaycan banklarında yerləşdirilmiş əmanətlərin məbləği 8 milyard 643,3 milyon manat olub. Bu, 2015-ci ilin yekunu ilə müqayisədə 8,8% və yaxud 830,6 milyon manat azdır. Son 1 ildə isə bankların əmanət portfeli 21,4% artıb.İlin ilk ayının yekununda, bankların kredit qoyuluşu isə 20 milyard 590,7 milyon təşkil edib. Bu isə ilin əvvəlinə nisbətən 2,7% və yaxud 561,3 milyon manat azdır. 1 il əvvəllə müqayisədə isə bankların kredit portfeli 14,3% artıb.

Əmanət və kredit portfelinin illik artımı dollarla yerləşdirilmiş əmanətlərin və dollarla verilmiş kreditlərin manatla ifadədə artması hesabına baş verib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir