Search
252

Sığorta satışında yeni üsullar

İqtisadi durğunluq, gəlirlərin azalması sığorta şirkətlərinin işinə də təsir göstərib. Bir tərəfdən sığorta satışları azalıb. Digər tərəfdən isə sığorta şirkətləri satışları artırmaq və vəziyyətdən çıxmaq yeni üsullardan istifadə etməyə başlayıblar.

“Devalvasiyaya baxmayaraq heç bir işçi ixtisar etməmişik”

“AtaSığorta” şirkətinin idarə heyətinin sədr müavini Orxan Məmmədov mövcud satışların qorunub saxlanılması üçün şirkət rəhbərliyi ilə müzakirələr aparılıb. Onun sözlərinə görə, bu müddətdə şirkətdə heç bir işçi ixtisar edilməsə də, ümumi xərclərin optimallaşdırılmasına başlanılıb.

Agent şəbəkəsini genişləndirir

Belə ki, yeni satış nümayəndəliklərinin yaradılmasındansa, satışların genişləndirilməsi üçün  agent şəbəkəsi genişləndiriməsi daha sərfəlidir. Bunu nəzərə alaraq hər ay 8-9 yeni sığorta agenti  işə cəlb edilir. Bununla belə, “AtaSığorta” başqa sığorta şirkətləri tərəfindən əməkdaşlığa cəlb edildiyi və ya agent kimi fəaliyyətini dayandırıb ştatlı işçi olduğu üçün ayda 2-3 sığorta agentini itirir. O.Məmmədov bildirib ki, həm bölgələrdən, həm də Bakıdan sığorta agentləri əməkdaşlığa cəlb edilir.

Evlərin icbari sığortası üçün komendantlar maarifləndirilir

 Bundan əlavə sığorta şirkəti daşınmaz əmlakın icbari sığortası ilə bağlı təbliğa başlayıb. Belə ki, yeni tikililərdə komendantlarla görüş keçirilir. Onlara daşınmaz əmlakın icbari sığortasının qanunla məcburi olduğu və bununla yanaşı, vətəndaşların evlərinin qorunması üçün önəmli olduğu izah edilir. Onlar isə bu barədə mənzil sahiblərinə  məlumat verirlər. O.Məmmədov bildirib ki, nəticədə son 2 ayda daşınmaz əmlakın icbari sığortası ilə bağlı satışlarda 2-3 % artım müşahidə olunur. O.Məmmədovun sözlərinə görə, sığortanın ən böyük  reklamı  həyata keçirilən ödənişlərdir: “Qonşusunun və ya qohumunun 10-15 min manat sığorta ödənişi aldığını görən digər vətəndaşlar da bunun əhəmiyyətini başa düşür və evini, əmlakını sığortalayır”.

“Sosial şəbəkələrdə müştəri tapmağa çalışırıq”

Bundan əlavə sosial şəbəkələrdə aktiv olmağa çalışırıq. Sığorta ilə bağlı maarifləndirici məlumatlar verilir. Bu isə öz növbəsində insanların sığortaya yanaşmasına müsbət təsir edib: “İnsanlar artıq sığorta haqqında daha çox məlumatlıdırlar. Bunlar özünü sosial şəbəkələrdə bizə ünvanlanan suallarda da göstərir. Əvvəllər sığortanın nə olduğu soruşulurdusa, hazırda konkret olaraq avtomobil sığortasına və ya ev sığortasına aid detalları dəqiqləşdirirlər”. O.Məmmədov sosial şəbəkələrdən  sığorta maariflənməsi  ilə yanaşı müştərlə əlaqə yaradılaraq satışların həyata keçirilməsində istifadə edildiyini deyib: “Konkret olaraq rəqəm demək mümkün olmasa da, bu vasitə ilə də müştərilər qazanırıq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir