Search
fed_reserve_logo_000018288448

Yenə faiz artırımı gözlənilir – Fed rəsmisindən açıqlama

Sankt-Luis Fed Sədri Ceyms Bullard növbəti faiz artırımının uzaqda olmadığını bildirib. Bullard, Fedin ötən həftə “pas” keçməsinin ardından, faizlərin artırılacağı günün getdikcə yaxınlaşdığını ifadə edib.
Bullard çıxışında, “İqtisadiyyatın gözlənildiyi kimi inkişafı, növbəti faiz artırımının çox uzaqda olmadığını göstərir” deyib.
Fed rəsmiləri, təxminən on il sonra ilk dəfə Dekabr ayında faiz artırımına getməsindən sonra ikinci dəfə faizi nə vaxt artırmaq barədə mübahisələr aparırlar.

Bir qrup analitiklər ABŞ Mərkəzi Bankı Fed-in Aprel toplantısında, digər qrup analitiklər isə İyun ayında artıracağını gözləyir.

YELLEN SON AÇIQLAMASINDA NƏ DEMİŞDİ?

ABŞ-da sıfır səviyyəsinə yaxın faizləri Dekabr ayında yüksəltməyə başlayan Fed, ABŞ xaricindəki iqtisadiyyatlarda yavaşlama və ilin əvvəlində bazarlarda baş verən təlatümü əsas göstərərək faizləri Mart ayı toplantısında sabit saxladı. Dərc olunan proqnozlara görə, bu il faizlərin iki dəfə artırılması gözlənərkən, ABŞ-da iqtisadi inkişafın da əvvəlki proqnozlara nisbətən az da olsa yavaşlaması gözlənilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir