Search

“Futbol sığortası”nı 4 min nəfər alıb

Braziliyada keçirilən dünya çempionatı zamanı Rusiyada 4 mindən artıq azarkeş sevimli komandasının uduzmasından sığortalanıb. Fins.az-ın “Tinkoff Online Insurance”ya istinadən məlumatına görə, azarkeşlər arasında ən populyar komanda Rusiya, ən qeyri-populyar komanda isə Yaponiya olub.

Şirkətin “Futboldan sığorta” məhsulu Dünya Çempionatında azarkeşlik etdiyi komandanın məğlubiyyətindən və çepmpionatı tərk etməsindən sonra psixoloji travma alaraq işə çıxa bilməyən, həddən artıq içən və qeyri-iradi halda rəqib komandanın azarkeşinə zərər yetirən hər bir sığortalı futbol azarkeşinə 20 min rubladək ödənişləri nəzərdə tuturdu.

Şirkətin saytında satılan bu sığortanın qiyməti cəmi 99 rubl idi. Bu sığortadan istifadə etmək üçün onlayn rejimdə yığmanı seçmək, pulu ödəmək və məhsulu e-poçtla almaq tələb olunurdu. Ödənişlərin məbləği isə minimum 3 min, maksimum 20 min rubl aralığında nəzərdə tutulmuşdu.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir