Search
atesgah1

“Atəşgah Sığorta”da VAKANSİYA

“Atəşgah Sığorta” müştəri xidmətləri şöbəsinin mütəxəssisi (Gəncə filialı) vəzifəsinə işçi qəbulu elan edib.  23-35 yaşlarında ali təhsilli, bank və ya sığorta sektorunda iş təcrübəsi olanlar, azərbaycan və rus dillərini bilən, satış sahəsində iş təcrübəsi olan, MS Office proqramlarını bilən namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi aprel ayının 17-dir.

Namizədə dair tələblər

• Yaş: 22-35
• Cinsi: kişi
• Təhsil: Ali
• İş təcrübəsi: bank və ya sığorta sektorunda iş təcrübəsi olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan (əla)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

• Ünsiyyət qurmaq bacarığı
• Məsuliyyətlik
• Stressə davamlılıq

Əsas vəzifə öhdəlikləri

• Əmlak sığorta növləri üzrə sığorta hadisələrinin tənzimlənməsi
• Müştəri qəbulu və sənədlərin ekspertizası
• Dövlət orqanları, banklara, müvafiq orqanlara sorğu və məktubların hazırlanması
• Sığorta aktlarının, rəylərinin, imtina məktublarının hazırlanması
• Hesabat və digər lazımi sənədlərin hazırlanması

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2: (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• İş yeri: Gəncə filialı
• Əmək haqqı: 300 AZN, 3 aydan sonra 350 AZN

Maraqlananlar öz CV formalarını job@ateshgah.com ünvanına göndərə bilər. Məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.

Telefon: 012 (940)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir