Search
janet_yellen_federal_reserve_fed_chair_nominee_10913

Bazarların səbirsizliklə gözlədiyi kritik qərar açıqlanıb

Gözlənildiyi kimi ABŞ Mərkəzi Bankı Fed faizləri dəyişdirmədi. Fed,  faizləri gözləndiyi kimi 0,25-0,50 faiz aralığında sabit saxladı.

Bazarlarda da xüsusilə olduqca pis çıxan May ayında kənd təsərrüfatı xaric məşğulluq göstəricisindən sonra Fedin faiz artırması gözlənmirdi.

Qərar mətninə görə, Fed üzvləri 2016-cı ildə bir dəfə, 2017 və 2018-ci illərdə isə 3 dəfə faiz artırımı gözləyirlər. Fed rəsmilərinə görə, iqtisadiyyat  faizləri mərhələli artırmağa icazə verir.

Fed rəsmiləri 2016 və 2017 üçün iqtisadi artım proqnozlarını yüngül şəkildə aşağı salıblar.

Fed: 2016-cı il üçün iqtisadi artım proqnozu 2,0% (Əvvəlki 2,2%)
Fed: 2017-ci il üçün iqtisadi artım proqnozu 2,0 (Əvvəlki 2,1%)
Fed: 2016-ci il üçün işsizlik nisbəti gözləntisi 4,7% (Əvvəlki 4,7%)
Fed: 2017-ci il üçün şsizlik nisbəti gözləntisi 4,6% (Əvvəlki 4,6%)
Fed: 2018-ci il üçün işsizlik nisbəti gözləntisi 4,6% (Əvvəlki 4,5%)

BU İL FAİZƏ TOXUNMADI

Fed, bu il Yanvar, Mart və Aprel aylarındakı iclaslarında faizdə dəyişikliyə getmədi. Bank sonuncu dəfə 2015-ci ilin Dekabr ayında beş punkt artımla faizi 0,25- 0,50% aralığına yüksəltmişdi.

MANATA NECƏ TƏSİR EDƏ BİLƏRDİ?

Fed-in faiz artırması ilə Dolların mühüm valyutalar qarşısında daha da bahalaşacağı gözlənilirdi. Bu vəziyyət Manata da psixoloji təsir göstərirdi. Eyni zamanda Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının dəyərdən düşməsi riski yaranmışdı. Adətən dollar gücləndikdə, neft ucuzlaşır. Bu da Manata əlavə təzyiq ola bilərdi. Fed-in faiz artırmağı təxirə salması Azərbaycan üçün yaxşı xəbər ola bilər.

-FED-İN İYUN TOPANTISINDA FAİZİN SABİT SAXLANILMASI QƏRARI YEKDİLLİKLƏ QƏBUL OLUNUB,

-FED: NEFTİN TƏSİRİNİN AZALMASI İLƏ İNFLYASİYA 2 FAİZ HƏDƏFİNƏ YÜKSƏLƏCƏK,

-FED UZUNMÜDDƏTLİ FAİZ HƏDƏFİNİ 3.3%-DƏN 3%-Ə ENDİRİB,

-FED: MƏŞĞULLUQ BAZARI GÖSTƏRİCİLƏRİNİN MÖHKƏMLƏNMƏSİNİ GÖZLƏYİRİK,

-FED: XƏRCLƏR GÜCLƏNİR, MƏNZİL BAZARI İNKİŞAF EDİR.

Qeyd edək ki, Fed-in faiz qərarından sonra Brent nefti 2%-ə yaxın ucuzlaşaraq 48,87 dollara düşüb. Bazarlarda, faiz artırılmadığından dolların ucuzlaşması, neftin isə qalxması gözlənilirdi. Avro/dollar məzənəsi 0,5% qalxaraq 1.1267 səviyyəsinə çıxıb (Dollar ucuzlaşıb, Avro bahalaşıb)

Mənbə: Marja


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir