Search
14644819501900238266_1000x669

“Xəzri” pulköçürmə sisteminin miqyası genişlənir

“Kapital Bank” ASC hazırda “Xəzri” beynəlxalq sürətli pulköçürmə sisteminin inkişaf etdirilməsi ilə bağlı bir neçə istiqamətdə iş aparır.

Bu barədə bankın satış kanalları departamentinin direktoru Vüsal Nağıyev məlumat verib.

V.Nağıyevin sözlərinə görə, “Kapital Bank” müştərilərin banka yaxınlaşmadan “Xəzri” vasitəsilə pul köçürməsi, yaxud köçürülmüş pulu qəbul etməsi üçün tədbirlər görür. Aparılan işlərin bir istiqaməti texnoloji məsələlərlə bağlıdır. Artıq bunun bankomat tərəfini həll etmişik. Bir filialdan pul köçürüldükdə, pulu alan tərəf rahatlıqla gedib “Kapital Bank”ın bankomatından onu ala bilər. Gələcəkdə ödəmələrin də hansısa terminallar vasitəsilə aparılması üçün işlər aparılır.

Xatırladaq ki, “Kapital Bank”ın “Xəzri” sürətli pul köçürmələri sistemi 5 MDB ölkəsini əhatə etməklə 3 500 xidmət məntəqəsində təqdim olunur.

Mənbə: Azərtac




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir