Search
photo_31497

Bakının 10 ən maraqlı görməli yeri

Rusiya Turoperatorlar Assosiasiyası Bakıya səfər edənlər üçün tövsiyə məqsədilə paytaxtımızın 10 ən görməli yerinin adlarını açıqlayıb.

Assosiasiyasının saytında son illərdə Azərbaycan paytaxtının bayram və həftə sonu səyahətləri üçün ən populyar istiqamətlər siyahısında yer aldığını qeyd edilib.

Siyahıya Zaha Hadidin memarlıq işi olan Heydər Əliyev mərkəzi başçılıq edir. Saytda bu tikili son dövrlərin ən parlaq binası kimi qələmə verilib. Tövsiyə edilən görməli yerlər siyahısında ikinci yerdə “Flame Towers” yer alıb.

“Heydər Əliyev Mərkəzinin qarşısındakı meydandan şəhərin gerbində öz əksini tapan alov dili şəklində üç şüşə göydələn nəzərə çarpır. Onlar gecə xüsusilə təsirli görünür. Göydələnlər gah parıldayır, gah da müxtəlif rənglərə boyanaraq LED-təbəqədə alov oyununu əks etdirir”, – deyə Rusiya Turoperatorlar Assosiasiyasının saytında yazılıb.

Bakıda görülməsi tövsiyə edilən yerlər siyahısına həmçinin Dağüstü park, Dənizkənarı Milli Park, “Baku Crystal Hall”, Azərbaycan Dövlət Xalça Muzeyi, İçərişəhər, Qız qalası, İstiqlaliyyət küçəsi, Atəşgah kompleksi və Qobustan daxil edilib.

Mənbə: “Report”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir