Search
4

“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi fotoqraflarla bir günlük təlim keçirib

5“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi 29 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı “”Azərbaycan” ölkəyə gələn turistlər üçün məlumat kataloqunun hazırlanması” layihəsi çərçivəsində keçirdiyi foto müsabiqəyə qatılmaq istəyən fotoqraflarla bir günlük təlim keçirmişdir.3
Təlimin məqsədi foto müsabiqədə iştirak etmək istəyən fotoqrafları işin mahiyyəti barədə məlumatlandırmaqdan ibarət idi.
4

Təlim “Azərbaycan Fotoqraflar Birliyi” İctimai Birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilmişdir.
“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Nərminə Qəribova fotoqraflara foto müsabiqənin şərtləri və tələbləri barədə ətraflı məlumat verdi və onlara müsabiqədə uğurlar arzuladı. 

6N.Qəribova müsabiqədə təqdim olunmuş foto şəkillərin “Azərbaycan Fotoqraflar Birliyi” və “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliklərinin ekspertləri tərəfindən qiymətləndiriləcəyini, I, II və III yerlərin qaliblərinə pul mükafatı və diplomlar təqdim ediləcəyini xüsusi olaraq qeyd etdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir