Search
bank

Banklar Bakıda itirdiklərini rayonlarda qazanırlar

Bu ilin əvvəlindən Mərkəzi Bank ölkədə kreditləşmə ilə bağlı qaydaları sərtləşdirsə də, bankların ayırdığı kreditlərin faiz dərəcəsində azalma yoxdur.

Bu barədə kreditxəbər 2014-cü ilin yanvar-aprel aylarının yekunları ilə bağlı Mərkəzi Bankın açıqladığı hesabata istinadən xəbər verir. Hesabata əsasən, ilk 4 ayın yekununda ölkə üzrə orta kredit faizi ötən ilin sonundakı səviyyədə – 14,3% olub.

Ötən dövr ərzində ölkənin yalnız iki bölgəsində – Bakı və Abşeron iqtisadi rayonunda kreditlər ucuzlaşıb. Bakıda kreditlərin orta faiz dərəcəsi 13,3%-dən 13,2%-ə, Abşeronda isə 18,3%-dən 17,4%-ə enib.

Əvəzində ölkənin bütün regionlarında kreditlər bahalaşıb. Ötən ilin sonu ilə müqayisədə kreditlərin orta faiz dərəcəsi Aran zonasında 19,9%-dən 20,3%-ə, Dağlıq Şirvanda 22%-dən 23,3%-ə, Gəncə-Qazaxda 20,7%-dən 21,5%-ə, Quba-Xaçmazda 21%-dən 21,1%-ə, Lənkəranda 21,6%-dən 23,3%-ə, Şəki-Zaqatalada 19,8%-dən 20,1%-ə, Yuxarı Qarabağda isə 15%-dən 18,8%-ə qalxıb. Paytaxt və onun ətrafında isə kreditlərin orta faiz dərəcəsi 13,3%-dən 13,2%-ə düşüb. Qeyd edək ki, ölkə üzrə kreditlərin 88%-i Bakı və Abşeronun payına düşür.

Regionlar

Kredit faizləri

Dekabr, 2013

Aprel, 2014

Ölkə üzrə

14,3%

14,3%

Bakı

13,3%

13,2%

Abşeron

18,3%

17,4%

Aran

19,9%

20,3%

Dağlıq-Şirvan

22,0%

23,3%

Gəncə-Qazax

20,7%

21,5%

Quba-Xaçmaz

21,0%

21,1%

Lənkəran

21,6%

23,3%

Şəki-Zaqatala

19,8%

20,1%

Yuxarı Qarabağ

15,0%

18,8%

Kəlbəcər-Laçın

21,8%

24,3%

Naxçıvan MR

14,4%

16,4%

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir