Search
Pasha_Heyat_Sigorta_logo_030212_1

Vəfat edən müştərinin kreditini – “PAŞA Həyat” QAYTARDI

“PAŞA Həyat Sığorta” ASC kredit götürən şəxslərin həyat sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib. Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, “PAŞA Həyat”ın tərəfdaşlıq etdiyi bankların birindən kredit götürən şəxsin – sığortalının ölümü nəticəsində 10 min manat həcmində birdəfəlik sığorta ödənişi faydalanan şəxsin müvafiq bank hesabına köçürülüb.

Qeyd edək ki,bu ilin yanvar-aprel ayları ərzində “PAŞA Həyat” tərəfindən könüllü həyat sığortası növləri üzrə 211 min manata yaxın sığorta ödənişi verilib.

Qeyd edək ki, Azərbaycanda bəzi banklar kredit risklərini azaltmaq üçün müştərilərinin həyatını sığortalayırlar. Bədbəxt hadisə baş verərsə, bu sığorta sayəsində onun kreditini sığorta şirkəti ödəyir. Kreditlərin qaytarılması zamanı həyat sığortasından istifadə ilə bağlı daha ətraflı buradan tanış olmaq mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir