Search
Kamal Ibrahimov - STANDARD1

“BankStandard” rəhbərliyində dəyişiklik

Azərbaycanın ən böyük özəl banklarından biri olan “BankStandard”ın rəhbərliyində dəyişiklik baş verib. Fins.az-ın məlumatına görə, bankın təsisçisi “AB Standard” QSC-nin müvafiq qərarı ilə Kamal İbrahimov bankın Müşahidə Şurasının sədri təyin edilib.

Eyni qərarla K.İbrahimov “Standard Insurance”  sığorta şirkətinin Direktorlar Şurasının Sədri vəzifəsini də daşıyacaq. Qeyd edək ki, indiyədək K.İbrahimov “Standard Insurance”nin İdarə Heyətinin sədri vəzifəsini tuturdu.
Kamal İbrahimov 1973-cü ildə Bakı şəhərində doğulub. Ali təhsillidir. Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehsalın iqtisadiyyatı və idarə edilməsi” fakultəsini bitirib. 1994-cü ildən 2000-ci ilədək Azərbaycan Respublikasının vergi orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

2000-ci ildən 2002-ci ilədək Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində rəhbər vəzifələr  tutub. 2003-2014-cü illərdə ASC “Standard Insurance” Sığorta Şirkətinə rəhbərlik edib. 2006-2007-ci illərdə Azərbaycan Sığortaçılar Assosiyasiyasının Müşahidə Şurasına Sədrlik edib. 2011-ci il tarixindən etibarən “İcbari Sığorta Bürosu”-nun Himayəçilər Şurasının sədridir. İqtisad elmləri namizədidir. Azərbaycan, rus və ingilis dillərini bilir. Evlidir, üç övladı var.  fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir