Search
d896162749a92a4e2de8985de9ae4960

“Ən yaxşı müştəri təcrübəsi” mükafatını alan hansı sığorta şirkəti oldu ?

Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat” Rumıniyanın Braşov şəhərində keçirilən “FIAR 2016 – Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu”nda xüsusi beynəlxalq mükafata layiq görülüb. Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən xəbərə görə, “XPRIMM” Beynəlxalq Media Qrupu tərəfindən təşkil edilən forum çərçivəsində “PAŞA Həyat” Azərbaycanda “Ən yaxşı müştəri təcrübəsi” nominasiyası üzrə mükafata layiq görülüb.

Forumun işində və mükafatların təqdimetmə mərasimində “PAŞA Həyat” rəhbərlik səviyyəsində təmsil olunub.

Forum çərçivəsində müxtəlif nominasiyalar üzrə Şərqi Avropa və MDB ölkələrinin sığorta, təkrarsığorta və broker şirkətləri, həmçinin ictimai təşkilatları da mükafatlandırılıb.

Qeyd edək ki, Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu 1998-ci ildən təşkil edilir. Hər il tədbirdə 500-dən çox nümayəndə iştirak edir. Tədbirə Avropanın sığorta, təkrarsığorta, bank, lizinq, konsultant, audit, İT və Kommunikasiya sektoru şirkətlərinin rəhbər və mütəxəssislərindən ibarət iştirakçıları qatılır.

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir