Search
6

TuranBank H.Əliyevin 91 İllik Yubileyinə həsr olunmuş güləş turnirinə dəstək olmuşdur! FOTO

TuranBank və Qazax rayon İcra Hakimiyyətinin dəstəyi ilə 10 may 2014-cü il tarixində Qazax Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 91 İllik Yubileyinə həsr olunmuş yeniyetmələr arasında açıq sərbəst güləş üzrə turnir keçirilmişdir. Qazax rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan və artıq ənənəvi xarakter almış turnirin əhatə coğrafiyası daha da genişlənmişdir. Bu ilki turnirdə Qazax, Gəncə, Goranboy, Şəmkir, Tovuz və Ağstafanın güləş klublarının yetirmələri öz məharətlərini göstəmək imkanına malik olmuşlar.

Açılış mərasimində çıxış edən TuranBankın İdarə Heyətinin sədr müavini Fəzail Musayev zəngin güləş ənənələrinə malik Azərbaycanda yeniyetmə idmançılar arasında keçirilən məhz belə yarışlarda ölkəmizin gələcək idman uğurlarının təməlinin qoyulduğunu qeyd etmişdir. O, ölkəmizdə idmanın, o cümlədən ənənəvi idman növü olan güləşin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirmişdir.

Tədbirdə iştirak edən sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi Firdovsi Umudov da öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə idmanına böyük dəstəyindən söz açdı və qeyd etdi ki, təməli hələ Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu dəstəyin ildən ilə daha da güclənməsi, nəinki biz məşqçilərdə, həmçinin idmançılarımızda və bütün Azərbaycan xalqında böyük fərəf hissi oyadır.

Yarışda əsasən 2001/2002-ci il təvəllüdlü 26-80 kq çəki dərəcəsində olan yeniyetmə idmançılar iştirak etmişlər. Turnirin əsas məqsədi sərbəst güləş idman növünü inkişaf etdirmək, populyarlaşdırmaq, yeniyetmələrin idmana həvəsini artırmaq və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına nail olmaq olmuşdur.

Turnirdə Bankın rəhbərliyi və regional satış strukturlarının əməkdaşları iştirak edərək turnirin qaliblərini medallar, diplomlar və tutduqları yerlərə müvafiq qiymətli hədiyyələrlə təltif etmişlər.

TuranBank özünün Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində müxtəlif sosial, humanitar, mədəni və idmanla bağlı layihələri dəstəkləməkdə davam edəcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir