Search
ad3eabe24b7ac48d128db80f07e3b954_XL

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol turniri başlayır

Aprelin 19-da “AtaBank”nın dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupunun və “Sinerji” Şirkətlər Qrupunun əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi mini futbol turniri start götürəcək.

“AtaBank”ASC-dən “Marja”ya daxil olmuş məlumata görə, Yarışda müxtəlif adlarda AtaHolding Şirkətlər Qrupuna və “Sinerji” Şirkətlər Qrupuna daxil olan şirkətlərin futbol komandaları qüvvələrini sınayacaqlar.

Reqlamentə əsasən, turnirə qatılacaq 16 komanda 4 qrupda gücünü yoxlayacaq. Qrupda ilk 2 yeri tutan klublar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

AFFA hakimlər briqadasının idarə edəcəyi yarışın artıq püşkatma mərasimi keçirilib. Bu gün “AtaBank” ASC-nin baş ofisində hər bir komandanın üzvünün iştirakı ilə klublar öz rəqiblərini tanıyıblar. Püşkə əsasən, ötən ilki çempion “No Name” finalda penaltilərlə məğlub etdiyi “AtaTexnologiya” ilə ən azı yarımfinala kimi bir-birinə rəqib olmayacaqlar.

Turnirin rəsmi açılış mərasimi aprelin 19-da saat 12:00-da olacaq.

Püşkatmanın nəticəsi:

A qrupu

“No Name”

“VTB Bank”

“Sumqayıt”

“AtaSığorta”

B qrupu

MXD

“Synergetic”

“POS-Patrul”

“Black Wolfs”

C qrupu

“AtaCard”

“Gobustone”

“Titan”

“Synergy Shamkir”

D qrupu

“AtaTexnologiya”

“Cybernet”

“First United”

“Renaissance Construction”

1/4 final

A1 – B2

B1 – A2

C1 – D2

D1 – C2

1/2 final

A1 – B2 cütünün qalibi – C1 – D2 cütünün qalibi

B1 – A2 cütünün qalibi – D1 – C2 cütünün qalibi

Üçüncü yer uğrunda

Yarımfinalların məğlubları

FİNAL

Yarımfinalların qalibləri




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir