Search

Kredit götürülən pul yandı

Avqustun 3-də Oğuz rayonun Kərimli kəndində yanğın hadisəsi baş verib. Kənd sakini Tofiq Babayevə məxsus ümumi sahəsi 108 kvadratmetr olan 4 otaqlı ev içindəki əşyalarla birlikdə yanıb. Yanğına elektrik sobası səbəb olub: “Külək pərdəni sobanın üzərinə atıb və yanğın  baş verib. Nəticədə 50 min manata yaxın ziyan dəyib”.

T.Babayev evin bütün əşyalarının, o cümlədən bankdan kredit götürdüyü 800 manatın da yandığını deyib. O, evin sığortasız olduğunu da bildirib: “Maddi imkanımız evi sığortalamağa yetmir. Ancaq bilsəydim başımıza belə hadisə gələcək, çalışardım evi sığorta etdirim”.


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir