Search
d912d1851bfef6a4e6a375cca89a9482_XL

Sığorta bazarı 15,4% böyüyüb

2014-cü ilin ilk rübündə Azərbaycanın 28 sığorta şirkəti tərəfindən 117,94 milyon manat sığorta haqları hesablanmışdır.

“Marja” Dövlət Sığorta Nəzarəti Xidmətinin hesabatına istinadən xəbər verir ki, hesablanmış sığorta haqları ötən ilin anoloji dövrü ilə müqayisədə 15,74 milyon manat və ya 15,4% çoxdur.

Birinci rübdə sığorta şirkətlərinin ödənişləri 25,4 milyon manat təşkil etmişdir, bu da ötən ilin birinci rübü ilə müqayisədə 3,16 milyon manat və ya 12,4% çoxdur.

İCBARİ SIĞORTALAR 10 FAİZDƏN AZ ARTIB

Yanvar-mart ayları ərzində könüllü sığortalar üzrə 87,14 milyon manat, icbari sığortalar üzrə isə 30,8 milyon manat sığorta haqları hesablanmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə könüllü sığortalar üzrə hesablanmış  sığorta haqları 13,1 milyon manat və ya 17,7% , icbari sığortalar üzrə isə 2,62 milyon manat və ya 9,3% artmışdır.

BAZARDA ARTIMI KÖNÜLLÜ HƏYAT SIĞORTASI VƏ TİBBİ SIĞORTA TƏMİN EDİB

Sığorta bazarında artım əsasən könüllü həyat və tibbi sığortanın hesabına baş vermişdir. Birinci rübdə könüllü həyat sığortası üzrə hesablanmış sığorta haqları 20,8 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 milyon manat və ya 72% çoxdur. Tibbi sığorta üzrə hesablanmış sığorta haqları isə müqayisə olunan dövürdə 4,2 milyon manat və ya 13,3% artmışdır.

KASKO SIĞORTA  25 FAİZDƏN ÇOX AZALIB

2013-cü ilin ilk rübündə Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin sığortası üzrə 8,18 milyon manat sığorta haqları toplayıblar. Bu da 2013-cü ilin birinci rübü ilə müqayisədə 25.2% azdır. Halbuki, sığorta şirkətləri ötən ilin ilk rübü avtonəqliyyat vasitələrinin sığortası üzrə 10,94 milyon manat sığorta haqqı toplamışdılar.

“PAŞA SIĞORTA” LİDER OLARAQ QALIR

Birinci übdə ən çox sığorta haqlarını 27,42 milyon manat olmaqla “PAŞA Sığorta” şirkəti hesablamışdır. Sonrakı yerlərdə “Atəşgah Həyat” (15,05 milyon manat), “PAŞA Həyat Sığorta” (9,09 milyon manat), Azsığorta (8,75 milyon manat) və Dövlət Sığorta Kommersiya Şirkəti (8,04 milyon manat) gəlmişdir.

2014-cü ilin yanvar-mart ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında 
M  Ə  L  U  M  A  T (təcili məlumatlar əsasında)

     (manatla)
Sığortaçının adı Sığorta Haqları Sığorta Ödənişləri
“A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 1 621 088,42 1 441 656,02
“AXA MBASK” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 4 135 630,92 2 195 792,66
“Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1 195 144,16 435 387,04
“AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti 2 098 830,79 758 649,03
“Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 15 050 314,59 1 417 569,75
“Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 7 325 472,77 2 970 437,00
“AzSığorta” Açıq Səhmdar Cəmiyyəti 8 746 924,75 2 073 309,58
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 8 037 075,00 2 940 365,00
“Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti 2 364 237,14 657 319,83
“Azərqarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti 304 417,16 47 418,42
“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti 560 104,46 588 889,53
“Başak İnam Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 933 664,09 443 573,89
“Beynəlxalq Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti 2 849 082,76 1 540 807,27
“Buta Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1 159 894,03 632 304,86
“Era Trans Sığorta” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 238 593,22 102 993,73
“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti 97 081,29 16 720,42
“Mega Sığorta” Açıq Səhmdar Cəmiyyəti 2 550 452,21 259 735,44
“Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 9 091 802,43 432 803,88
“Paşa Sığorta” Şirkəti Açıq Səhmdar Cəmiyyəti 27 422 010,79 6 387 872,39
“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 6 534 811,50 70 229,00
“Qarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti 1 195 928,06 528 992,46
“Rəvan Sığorta” Açıq Səhmdar Cəmiyyəti 669 589,94 220 294,45
“Standard Insurance” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 3 312 835,69 1 605 521,58
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti 2 670 874,79 668 261,72
“Çartis Azərbaycan” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 40 395,21 272,00
“İPƏK YOLU SIĞORTA” ASC 7 522 408,24 9 562,63
“Əmrah Sığorta” Açıq Səhmdar Cəmiyyəti 211 762,97 114 694,25
“Royal Sığorta” Açıq Səhmdar Cəmiyyəti 2 254,80 8 313,97
YEKUN 117 942 682,18 28 569 747,80

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir