Search
atabank

“AtaBank” ASC-nin İdarə Heyətində dəyişiklik

“AtaBank” ASC-nin İdarə Heyətinin sədri dəyişir. Etibar Babaşlı sədr vəzifəsindən azad olunub.

“Marja”nın məlumatına görə, Bankın Müşahidə Şurası İdarə Heyətinin sədri vəzifəsinə Dəyanət Quliyevin təyin edilməsinə qərar veriblər. Əldə etdiyimiz məlumata görə, Dəyanət Quliyev hələlik İdarə Heyətinin sədri vəzifəsini icra etməyə başlamayıb.

“Marja”nın sorğusuna cavab olaraq “AtaBank”dan bildirildi ki, Müşahidə Şurasının 26.02.2016 – cı il tarixli, 06 saylı protokolunun qərarına əsasən,  Quliyev Dəyanət Namiq oğlu “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü, İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur. Babaşlı Etibar Əmirxan oğlu “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini təyin olunmuşdur.

İnzibatçının Mərkəzi Bankda təyinatı ilə əlaqədar olaraq, hazırda Babaşlı Etibar Əmirxan oğlu bankın İdarə Heyətinin sədr əvəzi funksiyasını yerinə yetirir.

Dəyanət Quliyev 2014-cü ilin sentyabr ayından “Synergy Group” ASC-də rəhbər vəzifələrdə çalışmışdır. O, əvvəlcə Müşahidə Şurasının sədri olaraq işə başlamış, daha sonra İdarə Heyətinin sədri olmuşdur.2015-ci ilindekabr ayından İdarə Heyətinin ləğvi ilə əlaqədar Müşahidə Şurasının sədri təyin edilmişdir.

Dəyanət Quliyev karyerasına “AtaBank” ASC-də Baş mütəxəssis olaraq başlamış, 2013-cü ilin fevral ayından 2014-cü ilin sentyabrınadək “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin 1-ci müavini vəzifəsinə yüksəlmişdir.

Dəyanət Quliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat fakültəsi və Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunudur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir