Search
photo_31694

Turistlər üçün “ağıllı” ayaqqabı – VİDEO

Britaniyanın EasyJet aviaşirkətinin turistlər üçün qeyri-adi ayaqqabı hazırlayıb.  Sneakair ilə yad şəhərlərdə asanlıqla olduğun yerin səmtini müəyyən etmək olacaq.

Ayaqqabı Bluetooth vasitəsilə smartfona xüsusi tətbiqetmə ilə bağlanan çiplərlə təchiz edilib. Turist proqrama istədiyi marşrutu daxil etməlidir, daha sonra isə ayaqqabının sağ və ya sol tayındakı sensorlar insana hansı tərəfə dönmək lazım olduğunu bildirərək, vibrasiya edəcək. Bu texnologiya səyahətçilərə hər dəqiqə xəritə və smartfonla yoxlamadan yad şəhərdə gəzməyə imkan verəcək. Ağıllı ayaqqabını artıq Barselonada test ediblər. EasyJet-də gələcəkdə belə tufliləri sərnişinlərə satmağı planlaşdırırlar.

Mənbə: buro247.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir