Search
photo_52544

Bakıda “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda konfrans keçirilir – FOTOLAR

İyulun 11-də Bakıda Azərbaycan Mətbuat Şurasının və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda konfrans keçirilir.

Konfransda medianın turizm mövzusunu işıqlandırması xüsusiyyətləri, mövcud sahədə nəzərəçarpan tendensiya və çatışmazlıqlar, məsələlərə birgə baxış yolları müzakirə edilir.

Tədbir çərçivəsində Mətbuat Şurasının Mədəniyyət və Turizm Nazirliyi ilə “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda birgə keçirdiyi müsabiqənin qaliblərin də mükafatlandırılması nəzərdə tutulub.

Naminasiyalar üzrə birinci yerə Şirməmməd Nəzərli, ikinci yerə Cavid Zeynalov cə Pərvin Nurəliyeva, üçüncü yerə isə Fariz Hüseyinov, Fəxriyyə Abdullayeva və Rüfət Sultanov layiq görülüb.

Qaliblərə fəxri diplomlar və müvafiq mükafatlar təqdim olunacaq.

Eurasia Diary




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir