Search
568745_427124

Tarixdə bugün

2015-ci il. Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

Forumda 100-dən çox ölkənin nümayəndəsi, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi, UNESCO-nun, ISESCO-nun baş direktorları, İslam Əməkdaşlıq Təşkilatının baş katibi və digər nüfuzlu beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.

1992-ci il. Laçın  rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Laçının işğalı ilə Ermənistan Dağlıq Qarabağdakı separatçılarla birbaşa əlaqəni təmin edib. Artıq 24 ildir ki, 60 mindən çox laçınlı Azərbaycanın 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq məcburi köçkünlük həyatı yaşayır.

Əhəmiyyətli geostrateji mövqeyə, zəngin iqtisadi potensiala malik Laçının müdafiəsi zamanı 267 nəfər şəhid olub, yüzlərlə insan yaralanıb, 871 uşaq yetim qalıb.

1927-ci il. Görkəmli cərrah-uroloq, akademik Mirməmməd Cavadzadə anadan olub(1927-2008). M.Cavadzadə Azərbaycanda tibb elminin inkişafındakı böyük xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən 2007-ci ildə “İstiqlal” ordeni ilə təltif edilib.

1652–ci il. Britaniyanın müstəmləkəsi olan Rod Aylend ştatında Şimali Amerikada ilk dəfə köləliyi qadağan edən qanun qəbul edilib.

1756-cı il. Böyük Britaniyanın Fransaya müharibə elan etməsi ilə Osmanlı İmperiyasından başqa Avropanın bütün böyük dövlətlərinin iştirak etdiyi yeddiillik müharibə başlayıb.

 

1804-cü il. Napoleon Bonapart Fransa Senatı tərəfindən imperator elan edilib.

 

1920-ci il. Vatikan dövlətinin sabiq rəhbəri və 264-cü Roma Papası II İohann Pavel anadan olub (1920-2005).

Polşada dünyaya göz açan Karol Yuzef Voytila 1523-cü ildən sonra qeyri-italyan mənşəli ilk Roma Papasıdır. O, 1967-ci ildə kardinal rütbəsi alıb və 1978-ci ildə II İohann Pavel adı ilə Roma Papası kimi fəaliyyətə başlayıb. 2002-ci ildə Papa II İohann Pavelin Azərbaycana tarixi səfəri olub.

1936-cı il. Görkəmli qazax şairi, yazıçı, alim, dövlət xadimi, ictimai xadim Oljas Süleymenov anadan olub. Onun məşhur “Az-Ya” kitabı, şeirləri və məqalələri 1980-ci illərdən Azərbaycanda nəşr olunmağa başlanıb. Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğindəki xidmətlərinə görə Oljas Süleymenov “Şöhrət” və “Dostluq” ordenləri ilə təltif edilib.

1944-cü il. İosif Stalinin əmri ilə Krım tatarlarının zorla Orta Asiyaya və SSRİ-ninmərkəzi vilayətlərinə köçürülməsinə başlanılıb. Deportasiya edilən 300 minə yaxın insanın 46 faizdən çoxu yolda və qürbətdə həlak olub. Hazırda Krım tatarlarının bir hissəsi Özbəkistanda və Qazaxıstanda, Rusiya Federasiyasının Krasnodar və Stavropol diyarlarında məskunlaşıb. Bu gün Krımda 400 minədək tatar yaşayır.

1990-cı il. Fransada modernləşdirilmiş TGV qatarının saatda 515,3 kilometr sürətlə hərəkət etməsi ilə yeni dünya rekordu müəyyənləşib.

 

Mənbə: Azərtac


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir