Search
1

TuranBankın kollektivi Heydər Əliyev Mərkəzini ziyarət etmişdir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə TuranBankın kollektivi Heydər Əliyev Mərkəzinə səfər etmiş, Ulu öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlarla yaxından tanış olmuşlar.

Xalqımızın ən çətin və ağır günlərində onlunla birgə olmuş, Azərbaycan dövlətçiliyinin xilaskarı Ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkil, qısametrajlı sənədli filmlər zirayətçilərdə böyük təəssürat doğurmuşdur. Bankın əməkdaşları bir daha əmin olmuşlar ki, Ümummilli Lider Heydər Əliyev daim Azərbaycan xalqının, dövlətinin mənafeyinə xidmət etmiş, vətənimizin bütövlüyü, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı üçün  fədakarlıqla çalışmışdır.

Sonda Heydər Əliyev Mərkəzi önündə xatirə şəkilləri çəkdirilmişdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir