Search
c7d0fe1f7c872275606a9618297984ea

Ölkəmizdə şahmatın inkişafına özəl banklar da dəstək verir

Artıq 4 ildir ki, ənənəvi olaraq ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Open 2014” beynəlxalq şahmat festivalı keçirilir. 3 may-13 may tarixləri arasında keçirilən bu ilki festivalın baş sponsoru Yapı Kredi Bank Azərbaycandır.

 Bu ənənəvi yarışda 8 ölkədən 295 nəfər iştirak edir. Festival İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq, A, B və C kategoriyalar üzrə 3 turnir keçiriləcək. Turnir hər il olduğu kimi, bu il də Naxçıvan şəhərində keçirilir. 3 may 2014-cü il tarixində festivalın rəsmi açılışı keçirildi və ənənəvi festival start götürdü.

 Ölkəmiz üçün əhəmiyyətli olan bu tədbir şahmatın inkişafına yönəlib və bu həm ölkəmizin tanınmasına, həm də gənclərimizin şahmata olan marağının artmasına yönəlmiş bir tədbirdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir