Search
turan-bank

TuranBank yeni korporativ veb-saytını istifadəyə vermişdir

TuranBankın www.turanbank.az  ünvanında yerləşən veb-saytı bankın korporativ standartlarına uyğun olaraq tam yenilənmişdir. Yenilənmiş sayt Azərbaycan, rus və ingilis dillərində istifadəçilərin xidmətindədir.

Fərqli dizayn, məzmun və asan naviqasiya sistemi ilə seçilən sayt ziyarətçilərə Bankın məhsul və xidmətləri barədə müfəssəl məlumat verməklə yanaşı bankın müştərilərinə məsafədən xidmət göstərmək imkanı verir. Belə ki, istifadəçilər daha çox satış yönümlü olan yenilənmiş sayt vasitəsilə TuranBankın kredit və kart məhsullarını sifariş verə, həmçinin mövcud kreditlərini elə sayt vasitəsilə banka gəlmədən ödəyə bilərlər.

Bununla yanaşı, kredit və əmanət kalkulyatorlarından istifadə edib bu və ya digər məhsul üzrə faiz dərəcələrini rahat hesablamaq, bankın məhsul və xidmət tarifləri haqda məlumat əldə etmək olar.

Saytdakı xəritə vasitəsilə bankın istər paytaxtda, istərsə də regionlarda yerləşən istənilən filial, şöbə, nümayəndəliyi və ATM-lərini asanlıqla tapmaq mümkün olacaq.

www.turanbank.az   veb-saytının “Bank Xəbərləri” bölməsində isə ziyarətçilər bankın son xəbərləri ilə tanış ola bilərlər. Yenilənmiş saytda həmçinin TuranBankın fəaliyətinin tarixi, bankın fəlsəfəsi, inkişaf strategiyası, maliyyə göstəriciləri ilə tanış olmaq mümkündür. Sayt vasitəsilə istehlakçılar həmçinin təklif və şikayətlərini də banka ünvanlaya bilərlər.

Yeni saytda bank, xidmətlər, məhsullar, xidmət şəbəkəsi, cari kampaniyalar, valyuta məzənnələri, yeni vakansiyalar, xəbərlər və s. ilə bağlı məlumatlarla yanaşı, həm də Onlayn Konsultasiya xidmətindən yararlanmaq mümkündür. Onlayn Konsultasiya xidməti bankla bağlı istənilən suala bir neçə saniyəyə operativ cavab almaq imkanı yaradır. Bundan əlavə saytda müştərilər “Zəng sifarişi” xidmətindən istifadə etmək, odluğu ölkədən asılı olmayaraq Skype vasitəsilə bankla əlaqə saxlamaq imkanı əldə ediblər.

TuranBankın yenilənmiş saytı istifadəçilərin rahatlığını təmin etməklə, bankın müştəriləri və digər maraqlı tərəflər arasında əməkdaşlıq əlaqələrinin qurulmasında güclü bir vasitə olacaqdır.

TuranBank, müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bank, “Gözünüz aydın!” aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün “Kiçik Həcmli İstehlak”, “Müəllim”, “Səhiyyə”, “Hərbçi” və “Təqaüdçü” kreditlərinin illik faizlərini endirmişdir.  Adı çəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz bankın istənilən filialında əldə etmək mümkündür.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə TuranBank, Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində potensial müştərilərinə bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaratmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər.

TuranBank, “Sirlər Xəzinəsi” kampaniyası çərçivəsində müştərilərinə yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda Bank, öz müştərilərinə Western Union, Contact, Zolotaya Karona, Privatmoney, Blizko, IBA-Express, Lider və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın 15 xidmət nöqtəsi (onlardan 8-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad və Qazaxda olmaqla) və 18 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

TuranBankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az  saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir