Search
ipoteka

İpoteka krediti verilməyən rayonlar- SİYAHI

Azərbaycanda dövlət ipoteka kreditləşməsinə 2006-cı ildən başlansa da, ölkənin bəzi rayonlarında indiyədək ipoteka kreditləri verilməyib. İpoteka kreditləşməsi başlanandan keçən 8 il ərzində ölkənin 43 bölgəsinin sakinlərinə ümumilikdə 15 mindən artıq ipoteka krediti verilib.
Fondun bu ilin 2-ci rübünün nəticələrinə əsasən açıqladığı statistikada bildirilir ki, kreditlərin böyük hissəsi- 10 mindən çoxu Bakı şəhərinin payına düşür. Sumqayıtda 1200-dən artıq, Abşeron rayonu və Gəncə şəhərində isə 500-ə qədər ipoteka kredit verilib. Qalan şəhər və rayonlarda verilən ipoteka kreditlərinin sayı 50-ni keçmir. Bununla yanaşı, ölkənin bəzi rayonlarında ümumiyyətlə indiyədək ipoteka krediti verilməyib. Bunların bir hissəsi işğal altında olan rayonlar, qalan hissəsi isə digər rayonlardır.

İndiyədək ipotek krediti verilməyən rayonlar bunlardır;
1. Gədəbəy rayonu
2. Hacıqabul rayonu
3. Xızı rayonu
4. Kürdəmir rayonu
5. Qəbələ rayonu
6. Qobustan rayonu
7. Qusar rayonu
8. Lənkəran rayonu
9. Lerik rayonu
10. Masallı rayonu
11. Neftçala rayonu
12. Saatlı rayonu
13. Tərtər rayonu
14. Zərdab rayonu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir