Search
dinamika

Manatın möhkəmlənməsi davam edərsə, Biznes mühitində canlanma olacaq

Nikbin ekspert proqnozu

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin son iclasında açıqladığı müsbət qərarlar, dünyada dolların dəyərdən düşməsinə səbəb olmuşdur. Manat 21 dekabr 2015-ci il tarixindən bu günədək ilk dəfə olaraq 1.52 manat olmuşdur. Proqnozlar deməyə imkan verir ki, sürətli olmasada, kiçik faiz nisbəti ilə dolların hər gün zəyifləyəcəyinin şahidi olacağıq.

Sonrakı  aylarda isə (yayı və formula 1 nəzərə almaqla) istirahət üçün ölkəmizə gələn turistlərin sayı artacaq. Bu vəziyyət dolların bazardakı təklifini yüksəldəcək. Təklifin yüksəlməsi isə, manatın daha da möhkəmlənməsinə təkan verəcək.

Bütün bu proseslər biznes mühitinə, bir sözlə bütün iqtisadi sektorlara müsbət təsir edəcək. Manatın möhkəmlənməsi insanlarda manata qarşı inam yaradacaq və onlar dollardan imtina etməyə başlayacaqlar. Əllərindəki vəsaiti yenidən manata çevirərək dövriyyəyə buraxacaqlar. Əsasən də əmlak bazarında yenidən canlanma hiss olunacaq. Tikinti üçün yenidən lazımı materiallar alınacaq və s.

Canlanma bank sektorundan da yan ötməyəcək. Kredit ödənişlərində indiki vəziyyətə nisbətən dinamika yüksələcək. Bu proses uzun müddət davam edərsə bank-müştəri münasibətlərində yaranmış olan gərginlik aradan qalxacaq.

Ekspert: A.Qafarlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir