Search
1

TuranBank “Heydər” zirvəsinə edilən foto yürüşə dəstək olmuşdur

9-10 may 2014-cü il tarixində TuranBankın dəstəyi ilə Azərbaycan Fotoqrafları Birliyinin üzvləri Böyük Qafqaz dağlarının yüksək zirvələrindən sayılan və 3751 metr yüksəklikdə yerləşən  “Heydər” zirvəsinə etdikləri foto yürüşü uğurla başa vurmuşlar. Bu yürüş  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuşdur.

Bankdan kreditxəbərə verilən məlumata görə, yürüşün əsas məqsədi Ulu Öndərin adını daşıyan zirvəni ziyarət etmək və ərazinin əsrarəngiz təbiətinin fotoşəkillərini yuksək peşəkarlıqla çəkmək idi.

Zirvəyə qalxan yürüş iştirakçılarına Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasının sertifikatları təqdim olunmuş və xatirə şəkilləri cəkilmişdir.

TuranBank AFB-nin 15 üzvünün qatıldığı  bu layihəni dəstəkləməklə incəsənət yönümlü  ekstremal fotoqrafiya ilə ekstremal idman növü olan alpinizmi bir araya gətirmişdir.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin dəsdəyi ilə yürüş zamanı fotoqrafların hazırladığı fotoşəkillərdən ibarət sərginin təşkili nəzərdə tutulub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir