Search
komputer siniq

Kompüteri sığortalamaq neçəyədir? – YÜK SIĞORTASI

Azərbaycanda sığortalan yüklərin böyük hissəsi xaricdən gətirilən minik avtomobilləri və tibbi avadanlıqlar olur. Bu barədə fins.az-a yüklərin sığortalanmasımı həyata keçirən “A-Qroup” Sığorta şirkətinin İdarə Heyətinin sədr müavini Əli Bayramov məlumat verib.

Onun sözlərinə görə, hər il bu növ sığorta üzrə 4-5 hüquqi şəxsə, eləcə də 15-20 fiziki şəxsə xidmət göstərirlər. Sadə vətəndaşlar isə əsasən xaricdən kimlərinsə onlara alıb göndərdiyi komputer texnikasını (notbuk və s.) sığorta etdirirlər.

Əli Bayramov deyir ki, yükləri sığortalanarkən müştəridən alınan sığorta haqqı yükün dəyərinin cəmi 0,1-0,4%-i qədər olur. Yəni, 1000 dollar dəyəri olan kompüteri sığorta etdirmək üçün cəmi 1-4 dollar pul vermək lazımdır. Məbləğin az olması yük sığortası üzrə riskin böyük olmaması ilə bağlıdır. Məsələn, indiyə qədər “A-Qroup”un sığortaladığı yüklər arasında başına iş gələn olmayıb. Başqa sözlə, şirkət yük sığortasına görə ödəniş həyata keçirməyib.

Bununla belə, bu ilin 1-ci rübündə Azərbaycanda ayrı-ayrı sığorta sinifləri üzrə həyata keçirilmiş sığorta ödənişlərinin ən yüksək artımı yüklərin sığortasında qeydə alınıb. Bu sığorta növü üzrə ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 20 dəfədən çox  artaraq 118 min manata çatıb. Sığorta yığımları isə 1,53% azalaraq 3 milyon 180 min manat təşkil edib. fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir