Search
photo_31133

Tarixdə bugün

2009 –cu il. Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatinin açiliş mərasimi olub. Yarışlarda dünyanın 32 ölkəsindən 186 gimnast iştirak edib.002

1922-ci il. Tanınmış bəstəkar, SSRi Xalq Artisti Rauf Hacıyevin doğum günü (1922-1995). Rauf Hacıyev 15-ə qədər filmə musiqi yazıb, 7 operettanın müəllifidir. Onun operettalarından beşi Moskva Dövlət operetta teatrının səhnəsində tamaşaya qoyulub. O, 1965-ci ildə isə Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunub. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət xor kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət rəqs ansamblı yaradılıb, eləcə də dünyada birinci Xalçaçılıq Muzeyi açılıb.

1994-cü il. BMT Baş Assambleyasının qərarına əsasən Beynəlxalq Ailə Günü qeyd edilməyə başlayıb.

Mənbə: Azərtac




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir