Search
photo_29925

Cəbhəboyu rayonlarda kimyəvi tərkibli sursatlar aşkarlanıb – FOTOLAR

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən bu gün Tərtər, Füzuli və Samux rayonlarında təmizləmə əmaliyyatları davam etdirilib.

Tərtər rayonu:

Gün ərzində 3 ev və həyətyanı sahələrdə, 1 əkin sahəsində 6 partlayış yerinə baxış keçirilmiş, 30 520 kv.m ərazi yoxlanılıb, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi (ağ fosforlu) və 1 ədəd  152 mm-lik top mərmisi ) aşkar olunaraq, götürülüb.

Goranboy rayonu:

Tapqaraqoyunlu kəndində 2 otlaq sahəsində  2 partlayış yerinə baxış keçirilmiş,  900 kv.m ərazi yoxlanılıb, heç bir PHS aşkar olunmayıb.

Ağcabədi rayonu:

Qaraxanlı kəndində 1 ev və həyətyanı sahədə, 1 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 11 000 kv. ərazi qəlpələrdən təmizlənmış, heç bir PHS aşkar olunmayıb.

Füzuli rayonu:

Şükürbəyli kəndində 2 otlaq sahəsində  2 partlayış yerinə baxış keçirilmiş, 464 kv.m ərazi qəlpələrdən təmizlənmış, heç bir PHS aşkar olunmayıb.

Ümumilikdə, Agentlik tərəfindən 7 Aprel – 10 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 457 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 419 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Mənbə: Eurasiadiary

1

1

1

1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir