Search
photo_42573

4 iyul təqvimdə

1776-cı il. ABŞ Konqresi ölkənin Britaniyadan müstəqilliyini elan edib. Bununla bağlı Tomas Cefferson tərəfindən hazırlanmış İstiqlaliyyət Bəyannaməsi iyulun 4-də Filadelfiyada imzalanıb. Bəyannamə 13 müstəmləkənin metropoliyadan ayrılmasını və yeni müstəqil dövlətin – Amerika Birləşmiş Ştatlarının yaranmasını, xalqın suverenliyi ideyasını, bütün insanların qanun qarşısında bərabərliyini, yaşamaq, azadlıq və xoşbəxtlik arzusunda olmaq hüququnu elan edib.

1827-ci il. Nyu-Yorkda köləlik ləğv edilib.

1876-cı il. San-Fransiskoda dünyada ilk dəfə olaraq elektrotexniki avadanlıqlar sərgisi açılıb. Elektrik işığı ilk dəfə bu sərgidə nümayiş etdirilib.

AzərTac




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir