Search
ziraat-bank-azerbaycan-600x330_0

“Zıraat Bank”- ın ötən ilin yekununa dair məruzəsi

2015-ci ilin yekununda “Zıraat Bank (Azərbaycan)”ın cəmi aktivləri 90,25 milyon manat təşkil edib. Bu barədə bankın maliyyə hesabatında göstərilir.

Müştərilərinin 91%-i korporativ olub

Bankın kredit portfeli 11,2 milyon  manat olub ki, bunu da 56%-i girov qoymaqla verilib. Kreditlərin 91%-i və yaxud 10,2 milyon manatı korporativ müştərilərə, qalan 9%-i və yaxud təxminən 1 milyon manatı isə fiziki şəxslərə ayrılıb. Kredit portfelində vaxtı keçmiş borc olmasa da, bank verdiyi kreditlər üzrə 82 min manatlıq ehtiyat yaradıb.

İlin yekununda “Zıraat Bank (Azərbaycan)”ın depozit portfeli isə 4,7 milyon manat olub. Bunun 1,1 milyon manatını əhalinin əmanətləri təşkil edib.

3,5 milyon manata yaxın xalis mənfəəti olub

2015-ci ildə “Zıraat Bank (Azərbaycan)” 7,6 milyon manat gəlir əldə edib ki, bunu da 4,7 milyon manatı faiz gəlirləri, 2,9 milyon manatı qeyri-faiz gəlirləri olub. Bankın ümumi xərcləri isə 3,3 milyon manat təşkil edib. Son nəticədə xalis əməliyyat mənfəəti 4,3 milyon manat olub. Bunun 879 min manatı mənfəət vergisinin ödənilməsinə yönəldilib. Bankın xalis mənfəəti 3 milyon 459 min manat təşkil edib.

41 işçisi var

Bu ilin əvvəlində “Zıraat Bank (Azərbaycan)”ın nizamnamə kapitalı 50 milyon manat, məcmu kapitalı 54 milyon manata yaxın olub. Bank 1 filiala, 41 işçiyə malikdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir