Search
65f6e9d1c6536a9576def922e10b63ec421debbd

İrana gedən Azərbaycan vətəndaşlarından sığorta tələb ediləcək

Mədəniyyət və Turizm Nazirliyi ölkənin turizm şirkətlərinə müraciət edib.

Müraciət nazirliyin turizmlə iş sektorunun müdiri Bəxtiyar Qılıncovun adından edilib.

Müraciətdə bildirilir ki, Xarici İşlər Nazirliyi tərəfindən ünvanlanan məktuba əsasən, bundan sonra İran ərazisinə daxil olan Azərbaycan vətəndaşlarından icbari şəkildə “hadisə və sağlamlıq sığortası” tələb ediləcək.

Yerli turistlər İranın istənilən sərhəd-keçid məntəqəsinə yaxınlaşarkən bu sığortanı İranın və yaxud xarici sığorta şirkətləri vasitəsilə əldə edə bilərlər.
Mənbə: azadliq.info



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir