Search
formula-1

Azərbaycanda “Formula 1″i bu şirkət sığortalayacaq

İyunun 17-dən 19-dək Azərbaycanda ilk dəfə keçiriləcək “Formula-1” yarışının sığorta tərəfdaşı məlum olub. “Formula 1” yarışının sığortasını “PAŞA Sığorta” şirkəti həyata keçirəcək.

Belə ki, “PAŞA Sığorta” şirkəti “Formula 1” yarışının rəsmi sığorta tərəfdaşı seçilib.

Şirkətdən verilən məlumata görə, bura yarışın dünya təcrübəsinə uyğun olaraq tələb olunan sığorta növləri daxildir. O cümlədən bu siyahıya, avtomobillərin sığortası, tibbi sığorta və məsuliyyət sığortası aiddir.

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir