Search
How-Much-Will-Your-Home-Insurance-Cost-5-Things-That-Factor-Into-The-Price-825x721

Sığorta şirkətləri əmlakı neçəyə sığortalayır?

Azərbaycanın sığorta bazarında təklif olunan məhsullardan əhali üçün ən maraqlılarından biri şübhəsiz ki, əmlak sığortasıdır. İpoteka və ya digər yolla evin alışı zamanı bu sığorta növü məcburi xarakter daşımasına baxmayaraq, ümumilikdə əmlakın sığortalanması hər kəs tərəfindən arzu olunan məhsul növü kimi xarakterizə olunur. Lakin çoxumuz evimizi sığortalamaq istəsək də, bu məhsulun qiymətindən və ya hansı parametr üzrə qiymətinin formalaşmasından xəbərdar olmadığımızdan, bu məhsulun alıcıları da potensialdan kifayət qədər azdır. taraz.az dəyəri 60 min manat olan əmlakı müxtəlif sığorta şirkətlərinin neçəyə sığortaladığını təqdim edir:

   №

                            Sığorta

                      şirkətinin adı

İllik sığorta       haqqı

(manatla)

 

                    Qeyd

     1

 

   Alfa Sığorta   120

Yaşayış binasının (Həyət evi daxil) real bazar dəyərinin 25000 manata qədər olan hissəsi icbari, qalan hissəsi könüllü qaydada sığortalanır.

    2     A-Qroup Sığorta    140 Yaşayış binasının bazar dəyərinin tamamı könüllü qaydada sığortalanır.
    3     Amrah Sığorta    360 Yaşayış binasının bazar dəyərinin tamamı könüllü qaydada sığortalanır. Həyət evi risk nəzərə alınmaqla tarif müəyyən olunur.
   4 Ata Sığorta       – Yerləşdiyi ərazidən və yaşayış binasının real bazar dəyərindən asılı olaraq sığorta tarifi müəyyən olunur.
   5 Atəşgah Sığorta(İcbari)    50 İcbari qaydada sığortalanma zamanı 25000 manat (250 manat azadolma məbləği ilə) sığortalanır.
   6    Atəşgah Sığorta(Könüllü)    230 Zəlzələ hadisəsi baş verən halda azad olma məbləği* 1200 manat, digər hallarda azad olma məbləği 600 manat olmaqla qəbul edilir.
   7    AXA MBASK(İcabri)    50 Mənzilin 25000 manat dəyərində sığortalanır,azad olma məbləği 250 manat.
   8 AXA MBASK(Könüllü) 250 Yaşayış binasının yerləşdiyi ərazidən, real bazar dəyərindən, təmirindən və s.-dən asılı olaraq tarif müəyyən edilir.
   9    Azərbaycan Sənaye Sığorta(İcbari)    50 25000 manat dəyərində sığortalanır, 250 manat azad olma məbləği.
   10    Azərbaycan Sənaye Sığorta(Könüllü)    210/246 Mənzilin sığortalanması zamanı tarif 0,35%-lə,həyət evində 0,41%-lə hesablanır.
   11     Azərqarant Sığorta     180 Yalnız könüllü sığortalanma mövcuddur.
   12 Azərsığorta    50 Mənzilin 25000 manat dəyərində hissəsi icbari,qalan hissəsi könüllü sığortalanır, 250 manat azad olma məbləği. Otaqların sayına əsasən dəyişir.
   13    Azsığorta    50 Mənzilin 25000 manat dəyərində hissəsi icbari, qalan hissəsi könüllü sığortalanır, 250 manat azad olma məbləği. Könüllü sığortalanma yaşayış yerinə baxış keçirilərək tarif müəyyənləşdirilir.
   14    Bakı Sığorta(İcbari)    50 Mənzilin 25000 manat dəyərində sığortalanır,azad olma məbləği 250 manat.
   15    Bakı Sığorta(Könüllü)    180 Evin real bazar dəyərinə uyğun.
   16    Başak İnam Sığorta    180 Yalnız könüllü sığortalanma mövcuddur.
   18    Beynəlxlaq Sığorta Şirkəti(İcbari)    50 25000 manat dəyərində sığortalanır,250 manat azad olma məbləği.
   19    Beynəlxlaq Sığorta Şirkət i(Könüllü)    98 Mənzilin 25000 manatdan artıq olan hissəsi 0,28 %-lə sığortalanır.
   20    Buta Sığorta(İcbari)    50 Evin real bazar dəyərinə uyğun.
   21    Buta Sığorta(Könüllü)    150 Mənzilin yerləşdiyi ərazidən və sığortalanma obyektindən asılı olaraq (Mebel əşyaları,3-cü şəxs tərəfindən gələn zərər və s.) tarif dərəcəsi müəyyən olunur.
   22    Günay Sığorta    280-300 Yalnız könüllü sığortalanma mövcuddur. Evə baxış keçirildikdən sonra uyğun tarif müəyyən olunur.
   23    İpək Yolu Sığorta  (Könüllü)    – Evə baxış keçirildikdən sonra uyğun tarif dərəcəsi müəyyən olunur.
   24    Meqa Sığorta    50 Evin real bazar dəyərinin 25000 manata qədər olan hissəsi icbari, qalan hissəsi könüllü qaydada sığortalanır, könüllü sığortalanma evə baxışdan sonra müəyyən olunur.
   25    Paşa Sığorta(İcbari)

 

   50

 

25000 manat dəyərində sığortalanır, 250 manat azadolma məbləği.
   26    Paşa Sığorta(Könüllü)    180 Evin real bazar dəyərin 0,3%-lə hesablanır.
   27    Rəvan Sığorta    – Yalnız könüllü sığortalanma mövcuddur. Evə baxış keçirildikdən sonra uyğun tarif müəyyən olunur.
   28    Standard İnsurance(İcbari)    50 Mənzilin 25000 manat dəyərində hissəsi icbari qaydada sığortalanır, 250 manat azad olma məbləği.
   29    Standard İnsurance(Könüllü)    210 Mənzilin sığortalanması zamanı tarif 0,35%-lə hesablanır. Zəlzələ zamanı 2%, digər hallarda 1 % şərtsiz azad olma məbləği.
   30    Xalq Sığorta(İcbari)    50 İcbari sığorta zamanı 25000 manat dəyərində sığortalanır
   31    Xalq Sığorta(Könüllü)    240 Əmlakın real bazar dəyərinə uyğun hesablanır.

 Mənbə: Banker.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir