Search
8272372-879627-vacancy-stamp

“Parabank”da vakansiya

“Parabank”   satış meneceri vəzifəsinə işçi qəbulu elan edib. İqtisadi sahədə ali təhsilli, müştəri xidməti ilə bağlı (əməliyyat və kredit sahəsi) bütün növ təlimlər üzrə biliklərə malik olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi aprel ayının 30-dur.

Namizədə dair tələblər:

İqtisadiyyat sahəsində ali təhsilin olması;

Müştəri xidməti ilə bağlı (əməliyyat və kredit sahəsi) bütün növ təlimlər üzrə biliklərə malik olmalı;

Texniki təchizatla bağlı olan ləvazimatlardan istifadə etmə bacarığı;

Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;

Səndlərlə düzgün işləmə bacarığı;

Bankdaxili bütün növ məhsullar haqqında biliklərə və daxili treninqlərdən keçdikdən sonra imtahandan keçmə haqqında sertifikasiya əldə etməli;

Karyer plana uyğun öz kriteriyası üzrə ümumi bilik səviyyəsinə malik olmalı;

Vəzifə öhdəlikləri:    

Banka müraciət edən müştərilərə onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək , bankın ümumi xeyri naminə müştəriyə yüksək səviyyəli xidmət göstərmək , müştərinin bank seçimində yanılmadığına inanmasını təmin etmək.

Karyer plan üzrə mikro kredit  məhsulların limitlər üzrə satışını  həyata keçirir;

Bank dövriyyəsi olan müştərilərin cəlb edilməsi;

Fiziki şəxs və fiziki şəxs sahibkarlara (o cümlədən kreditləşən müştərilərə) mədaxil və məxaric əməliyyatlar üzrə xidmət göstərir;

Gündəlik əməliyyatları bank proqramına yığır və müxabirləşməni aparır;

İcra edilmiş bütün əməliyyat sənədlərini günün sənədlərinə tikir;

Müştərilərin konvertasiya sifarişlırini icra edir;

Bütün icra sənədlərinin ödəmə növbəliyi əsasında kartatekasını aparır;

Müraciət etmək istəyənlər CV-ləri “Satış Məsləhətçisi” mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərə bilərlər.

Ünvan: Bakı şəh., AZ1022, S.Vurğun küç. 60

Telefon:  (012) 447 10 00

E-mail –  vakansiya@parabank.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir