Search
Orxan Bayramov11_0

“Sığorta haqqı işıq pulu kimi yığılacaq”

Avtomobil kreditlərinin azalması və onun nəticəsində kasko sığortaya tələbatın azalması Azərbaycanda kasko sığorta məhsullarının keyfiyətini artıracaq. Kreditxəbər Fins.az-a istinadən məlumat verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov bildirib: “Əvvəllər bu məhsullar əksər hallarda kreditlər alınanda satılırdı ona görə də onlar əslində “icbari-könüllü” idi. İndi isə insanlar kasko sığortasını özləri könüllü alacaqlar və bu məhsulların da keyfiyəti artacaq”. O.Bayramovun sözlərinə görə, bu rəqəbətin nəticəsidir ki, son vatlar bazara təqdim olunan yeni məhsulların kəskin artması gözlənilir: “bu bir neçə ay ərzində bazara əvvəlki illərdən də artıq yeni məhsul çıxarılıb”.
O.Bayramov bildirib ki, bazarda yeni yanaşmaların və xidmətlərin keyfiyyətinin yüksədilməsinin də vaxtı çatıb: “Əvvəla kasko sığortasında hadisələrin araşdırılması və ödənişlərin verilməsi vaxtının azaldılması, bu işin daha sürətli apapılması ilə bağlı işlər gedir. Bununla bağlı prosesin, o cümlədən kasko sığorta ilə bağlı işlərin sürətləndirilməsi üçün ASAN xidmətlə də danışıqlar aparılır”.
ASA rəhbərinin sözlərinə görə, daşınmaz əmlakın sığortalanmasında da maraqlı yeniliklər tətbiq oluna bilər. Bunlardan ən maraqlısı sığorta haqqının hissə-hissə ödənilməsi və bu vəsaitin sığorta şirkətləri tərəfindən yox, kommunal xidmət göstərən təşkilatlar tərəfindən yığılması ola bilər: “Əmlakın sığortası ilə xarici ölkələrdə bağlı maraqlı yanaşmalar var. Məsələn, sığorta haqlarının hissə-hissə yığılması. Qonşu Türkiyədə bu üsuldan istifadə olunur. Məncə gələcəkdə Azərbaycanda da bu üsulların tətbiq olunması mümkündür”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir