Search
lizinq

LİZİNQ İNKİŞAF EDƏCƏK

Könüllü avtomobil sığortası (KASKO) üzrə sığorta şirkətlərinin topladıqları sığorta haqlarının azalmasının tempi bu ilin sonuna doğru aşağı düşəcəkdir.

“Marja” xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov proqnozlaşdırır.

“İstehlak kreditlərinin, o cümlədən avtomobil kreditlərinin verilməsi ilə bağlı şərtlərə dəyişikliklər edildikdən sonra KASKO-da azalma başlayıb və hətta fevral ayında 24% azalma var. Biz fevral ayında yığımların 18% azalacağını gözləyirdik, amma bu rəqəm 24% təşkil etdi. Bu, bizim gözləntimizdən 6% çoxdur. Düşünürəm ki, mart ayında azalma 25%-i ötməyəcəkdir. Martdan sonrakı dövrlərdə asta-asta azalmaların olacağını proqnozlaşdırıram. Bunun da səbəbi alternativ yolların axtarılması və alternativ yollardan biri kimi lizinqə üstünlük verilməsidir”,- o deyib.

LİZİNQ İNKİŞAF EDƏCƏK

Orxan Bayramov  qeyd edib ki, avtomobil salonlarının lizinq ilə işləməsi lizinqin inkişafına gətirib çıxardacaqdır: “Lizinq şirkətləri bankların kölgəsində qalırdı, amma bu gün bankların əli-qolu bağlı olduğu üçün lizinq şirkətlərinin yolu açılır. Bazarda avtomobillərin alınmasına böyük təlabat var”.

Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatına görə, 2014-cü ilin yanvar-fevral ayları ərzində sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 5,82 milyon manat sığorta haqları toplanmışdır. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 1,82 milyon manat və ya 23,8% azdır. Belə ki, 2013-cü ilin yanvar – fevral aylarında 7,64 milyon manat avtomobil sığortası haqları toplanmışdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir