Search
demirbank-logo-yeni_07102010

DəmirBank “Şəki İpək yolu” V Beynəlxalq Musiqi Festivalına sponsorluq dəstəyi göstərib

DəmirBank sosial yönümlü fəaliyyətinə uyğun olaraq Şəkidə 1 – 5 iyul tarixlərində keçirilən “Şəki İpək yolu” V Beynəlxalq Musiqi Festivalına sponsorluq dəstəyi göstərib.
Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının, Şəki Şəhər İcra Hakimiyyətinin və Türksoyun birgə təşkilatçılığı ilə 2010-cu ildən keçirilən festivala müxtəlif ölkələrin mədəniyyət xadimləri iştirak ediblər. Festival tədbirləri Şəkinin tarixi məkanları ilə yanaşı, onun müasir simasını əks etdirən mədəniyyət obyektlərində təşkil edilib. Festivalda görkəmli Azərbaycan bəstəkarlarının da əsərləri, muğam və xalq mahnıları səsləndirilib.
DəmirBank 25 illik fəaliyyəti ərzində mədəniyyətin inkişafına və tarixi irsin qorunmasına, eləcə də mədəniyyətin və tarixin ictimaiyyət arasında təbliğinə çalışıb. Bank bu istiqamətdə müxtəlif layihələr həyata keçirib və həmçinin maliyyə dəstəyi göstərib.
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
demirbank.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir