Search
ofis

Ofisdə düşən enerjini geri qazanma yolları

Ara verin
Yemək yedikdən sonra dərhal kompüter başına dönməyin. Ətrafda bir az gəzin və mümkünsə çölə çıxın. Bir az yaşıllıq görmək sizi rahatlaşdıracaq.
 
Üzünüzü yuyun
Oyanmanıza köməkçi olması və sizi yeniləməsi üçün üzünüzü yumağı yoxlaya bilərsiniz. Və ya yaş bir dəsmal ilə boyun və başınızı isladın.
Yaşıl çay için
Qəhvədən daha az kafein ehtiva edən yaşıl çay sağlam bir yuxu açan olacaq.
Saqqız çeynəyin
Saqqız çeynəmənin enerjinizi geri gətirəcəyinə inanmağa bilərsiniz, ancaq biz yenə də sınamağı təklif edərik.
Şəkərdən uzaq durun
Gün boyu şəkərli qidalar qəbul etsəniz yuxu halı dözülməz olacaq. Şəkərdən uzaq dayanmağa çalışın.
 
Bol su için
Bədəninizin ən çox ehtiyac duyduğu şey sudur. Su, həzm sisteminizi təşkil edəcək və hüceyrələrin yenilənməsində təsirli olacaq. Beləcə bol su qəbul edərək yuxu halından xilas ola bilərsiniz.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir