Search
taksi1

“Qəzaların əksəriyyətini taksilər törədir” – SIĞORTA ŞIRKƏTLƏRİ

Bayram günlərində avtomobil  qəzaların çoxalmasına baxmayaraq  bu hal sığorta hadisələrinin artımına səbəb olmayıb. Bu barədə Fins.az-a sığorta şirkətlərindən bildirilib.
“Meqa Sığorta” şirkətinin iddiaların tənzimlənməsi  şöbəsinin müdiri Samid Mirzəyev bildirib ki, Novruz Bayramı günlərində avtomobil qəzaları ilə bağlı 19 sığorta hadisəsi olub. Qəzaların əksəriyyəti Bakıda baş verib. Sığorta hadisələrinin heç birində dəyən zərər 1000 manatdan yüksək deyil. Qəzaların əsas səbəbi isə  dönmə əməliyyatlarının düzgün aparılmaması,ara-yan məsafələrinin düzgün saxlanılmaması, əsas  şoselərə çıxarkən diqqətsizlikdir. Samid Mirzəyev qeyd edib ki, qəzalara əsasən, KİA, Volsvagen, Opel, Hova maşınları səbəb olub.
“Standart İnsurance” sığorta şirkətinin sığorta  hadisələri departamentinin baş mütəxəssisi Fərid Məlikov bayram günlərində şirkətə 60-a yaxın müraciətin daxil olduğunu bildirib. Onun sözlərinə görə, sığorta hadisələrinin 46-sı Bakıda, 14-ü isə Salyan, Gəncə , Göyçay, Xaçmaz, Sumqayit və digər şəhərlərdə baş verib. Qəzalar əsasən yüksək sürət, diqqətsizlik və  hava şəraitinin qeyri sabit keçməsi ilə bağlı olub. F.Məlikov bildirib ki, sığorta hadisələrini əsasən taksi fəaliyyəti ilə  məşğul olan  və  sovet istehsalı köhnə maşınlar törədib. Müraciətlərin 70%-i icbari, 30%-i isə kasko (könüllü) sığorta ilə bağlı olub.
Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, martın 20-dən 27-dək respublikanın avtomobil yollarında 97 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 18 nəfər ölüb, 145 nəfər xəsarət alıb. Yol qəzalarının böyük əksəriyyəti sürət həddinin aşması nəticəsində meydana gəlib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir